Sizin Reklam Burada
Xəbər lenti
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda mühafizəçini döydürən "003" nömrə nişanlı "Range Rover"li xanımın əri həbs olundu

Tarix: 03-10-2016 15:25     Baxış: 3874 A- / A+
Bakıda mühafizəçini döydürən "003" nömrə nişanlı "Range Rover"li xanımın əri həbs olundu


Bakıda mühafizəçini ölümcül döydürən "003" nömrə nişanlı "Range Rover" avtomobilinin xanım sürücüsü ilə bağlı yeni faktlar ortaya çıxıb.

Bir neçə gün əvvəl Səbail rayonu ərazisində, Abşeron mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksinin mühafizəçisi bir qızın şikayəti ilə ölümcül hala salınması barədə xəbər verilmişdi.

Manevr.az xəbər verir ki, Criminal.az saytının yaydığı məlumata görə, cavan xanım sürücü idarə etdiyi "-- -- 003" dövlət qeydiyyat nişanlı son model "Range Rover" markalı avtomobili park etmək istəyib. Yer olmadığından avtomobilini yaşayış kompleksinin həyətində saxlamaq istəyib. Lakin binanın mühafizəçisi ona icəzə verməyib. Həmin xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra "AA" dövlət nömrə seriyalı qara rəngdə "Mercedes" markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçi huşunu itirənədək onu döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb.

Məlumat saytda yayımlanandan sonra məsələ Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Məlum olub ki, mühafizəçini döyən şəxs elə sifarişi verən qadının əridir.

Qadının əri hadisədən sonra həbs olunub.

Məsələ ilə bağlı Səbail rayon Polis İdarəsindən açıqlama almaq mümkün olmadı. Həbs olunan şəxsin adı açıqlanmasa da, o, yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrə malikdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar