Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

24 yaşlı Gəncə sakini atasının rəhbəri olduğu şirkətdən 50 min manat pul oğurlayıb

Tarix: 02-10-2016 20:46     Baxış: 3505 A- / A+

24 yaşlı Gəncə sakini atasının rəhbəri olduğu şirkətdən 50 min manat pul oğurlayıb
Gəncə şəhərində şirkətdən içərisi pulla dolu seyfi oğurlayan şəxslər saxlanılıb.

Bu, sentyabrın 29-u gecə saatlarında Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.

Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində yerləşən şirkətin ofisindən içərisi pulla dolu seyfi oğurlayan şəxslər - Naxçıvan şəhər sakinləri - 1992-ci il təvəllüdlü Asif Əliyev və onun əmisi oğlu və həmyaşıdı Vasif Əliyev Bakı şəhərində saxlanılaraq istintaqa cəlb ediliblər. Onlardan oğurladıqları seyf və 39 min 400 AZN və 5 min 700 ABŞ dollar pul gizlətdikləri yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb.

Qeyd edək ki, ofisin gözətçisini döyüb, daha sonra oradan seyfi oğurlayanlardan biri olan Asif Əliyev şirkətin Gəncə nümayəndəliyinin rəhbəri Azər Əliyevin öz oğludur, digəri, Vasif Əliyev isə onun qardaşı oğludur.

Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən verilən məlumata görə, saxlanılan hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar