Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bağçada 3 yaşlı Zəhranın faciəvi ölümü - TƏFƏRRÜAT

Tarix: 17-02-2018 10:37     Baxış: 4221 A- / A+
Bağçada 3 yaşlı Zəhranın faciəvi ölümü - TƏFƏRRÜAT

Rusiya paytaxtında yerləşən uşaq bağçasında 3 yaşlı azərbaycanlı qız uşağının meyiti tapılıb.
Manevr.az xəbər verir ki, apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Məlumata əsasən, hadisə Yeni Moskva adlanan ərazidə yerləşən 2120 saylı uşaq bağçasında baş verib. Baxça tərbiyəçiləri azyaşlıları səhər gəzintisinə çıxardıblar.

Daha sonra körpələr səhər yeməyi üçün bağçaya gətirilib. Bir müddət sonra isə tərbiyəçilər qrupda qız uşaqlarından bir nəfərin, azərbaycanlı, 2015-ci il təvəllüdlü Zəhra Rzayevanın olmadığını müəyyən ediblər.

Onu əvvəlcə bağçanın binasında axtarmağa başlayıblar. Daha sonra isə tərbiyəçilər onu bağçanın həyətində qarın üzərində huşsuz vəziyyətdə aşkar ediblər.

Bir versiyaya görə, 4 yaşlı Zəhra gəzinti zamanı qarda yıxılıb və ayağa dura bilməyib. Digər versiyaya görə isə Zəhranın vəziyyəti pisləşib və o yıxılıb, onun yıxıldığını isə heç kəs hiss etməyib.

Faktla bağlı Rusiya İstintaq Komitəsində Cinayət Məcəlləsinin 109-cu maddəsi "Şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma" ilə cinayət işi açılıb, araşdırma aparılır.

Uşaq bağçasının rəhbərliyi və tərbiyəçilər Zəhranın ölüm səbəbinin "bioloji" olduğunu bildirirlər. Tərbiyəçinin səhlənkarlıq etməsini inkar edirlər.

Məlum hadisə bütün Rusiya mətbuatının diqqətində olub. KİV-lərdə qeyd olunan fərziyyəyə görə, Zəhra tərbiyəçilərin səhlənkarlığı ucbatından çöldə qalaraq donub və həyatını itirib. Tərbiyəçilər onun yoxluğunu çox gec hiss ediblər. Zəhra tapılan zaman isə artıq gec olub. Onun üçün təcili tibbi yardım çağırılsa da, körpə artıq keçinib.

Zəhranın ölüm səbəbinin "bioloji" olduğunu isə valideynləri qətiyyətlə rədd edirlər. Atası Niyaz Rzayev üç övladının olduğunu, Zəhranın isə ən kiçik övladı olduğunu bildirib: "Zəhra sağlam uşaq idi. Təzəlikcə onu həkim müayinəsindən də keçirmişdik. Heç bir problem aşkarlanmamışdır. Bu gün səhər həmişəki kimi anası onu bağçaya aparmışdı. Günorta mənə zəng edib bu xəbər verdilər".

Rzayevlər ailəsinin yaxınlarının APA-nın Moskva müxbirin verdiyi məlumata görə, Zəhra Rzayeva Rusiya vətəndaşı olub. Rzayevlər ailəsi əslən Azərbaycanın İmişli rayonundandırlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar