Xəbər lenti
Cani ana ov tüfəngiylə əlil övladını vurdu - Daha sonra özünü öldürdü - FOTOLAR

Türkiyənin Dənizli şəhərində bir ana əlil olan 17 yaşlı oğlunu ov tüfəngiylə vuraraq öldürdükdən sonra eyni silahla özünü də vuraraq intihar edib.
Manevr.az "Haberler"ə istinadən bildirir ki, məhəllə sakinlərinin silah səsləri eşitməsi üzərinə hadisə yerinə gələn polis dəstələri mənzilin giriş qatında yaşayan Səhər Başın evinin qapısını sındıraraq içəri girdi.
Evin mətbəxinə gedən polis Səhər Baş ilə 17 yaşlı oğlu Əyyub Öztürkün qanlar içindəki cəsədiylə qarşılaşıb.
Hadisə yerində araşdırma qrupu və prokuror araşdırma aparıb.
Aparılan istintaq çərçivəsində ana Səhər Başın ov tüfəngilə əlil oğlunun başına atəş edərək öldürdüyü, sonra yenə eyni tüfənglə özünü başından vuraraq intihar etdiyi müəyyənləşdirilib. Ana və oğlunun həyatını itirdiyi hadisədən sonra evə gələn Səhər Başın atası Orxan Önce göz yaşlarına boğulub.
Ana Baş ilə oğlunun əlil pensiyası ilə bələdiyyələr və qonşulardan gələn yardımlarla yaşadıqları öyrənilib.
Son zamanlar psixoloji problemlər yaşayan Səhər Başın tez-tez qonşularına, "Oğlumu da öldürüb intihar edəcəyəm" dediyi irəli sürüldü.
Hadisə ilə bağlı istintaq başlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar