Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dəhşətli qəzada ölən şəxs Ramiz Mirzəyevin oğlu imiş

Tarix: 15-02-2018 11:58     Baxış: 3437 A- / A+
Dəhşətli qəzada ölən şəxs Ramiz Mirzəyevin oğlu imiş


Ötən gecə Sabirabadın Həşimxanlı kəndində baş vermiş ağır yol qəzasında vəfat edən 33 yaşlı Anar Mirzəyev AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin oğlu imiş. Manevr.az xəbər verir ki, A.Mirzəyevin sərnişin qismində olduğu “Jeep” markalı minik avtomobili su kanalına aşıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Ramiz Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, "Azərneftyağ" neft emalı zavodunun direktoru, sənaye və energetika nazirinin müavini vəzifəsində çalışıb. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi.

Onu da qeyd edək ki, keçən il Hacıqabulda "Toyota Land Cruiser"in ağır qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev vəfat edib./lent.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar