Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı ailə yanğında öldü – VİDEO (TƏFƏRRÜAT)

Tarix: 13-02-2018 09:24     Baxış: 3365 A- / A+
Azərbaycanlı ailə yanğında öldü – VİDEO (TƏFƏRRÜAT)


Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində azərbaycanlı ailə ölüb.

İlkin istintaqın versiyasına görə, fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Yanğının söndürüldükdən sonra biri 47 yaşlı olmaqla iki kişi cəsədi aşkar edilib. Şəhər xəstəxanasına yanıq xəsarətləri alan 7 nəfər aparılıb. Onlardan 3 nəfəri azyaşlı uşaq olub. Xəstəxanaya aparılan zaman 3 yaşlı qız uşağı və 6 yaşlı oğlan uşağı təcili tibbi yardım maşınında keçinib. Yanğın nəticəsində xəsarət alan 62, 47 və iki nəfər 20 yaşlarında olan qadınlar və 8 yaşlı qız uşağının vəziyyəti ağır olaraq qalır. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

“Cinayət işinin araşdırılması çərçivəsində profilaktik sistem orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə lazımi hüquqi qiymət veriləcək. Eləcə də istintaqla cinayətə yardımçı olan şərait və səbəblər aydınlaşacaq. Hal-hazırda baş vermiş cinayətin məqamlarının, eləcə də cinayətdə əli olan şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində istintaq hərəkətləri aparılır. Həlak olanların ölüm səbəbinin müəyyən olunması ilə bağlı ekspertizalar təyin olunub”, – deyə İstintaq Komitəsindən bildirilib.

Qeyd edək ki, yanğın nəticəsində ölənlərdən yalnız iki nəfərin adı məlumdur. Onlar Namiq Quliyev və onun 3 yaşlı qızı Leyladır.

Rusiya İstintaq Komitəsinin Orenburq vilayəti üzrə idarəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndi (səhlənkarlıqdan ölümə səbəb olmaq) əsasında cinayət işi açılıb, araşdırma aparılır.

Orenburqdakı Azərbaycan icmasından verilən məlumata görə, yanğın zamanı evdə iki ailənin olduğu bildirilib. İlkin ehtimallara görə, yanğını Namiq Quliyevin ikinci həyat yoldaşı törədib. Ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı N. Quliyevin ikinci həyat yoldaşı evə benzin tökərək yandırıb. Nəticədə N. Quliyev, onun iki azyaşlı övladı (3 yaşlı qız və 6 yaşlı oğlan) və şəxsiyyəti hələlik müəyyən edilməmiş bir kişi ölüblər, 5 nəfər isə yaralanıb. Yanğını törətdiyi ehtimal olunan qadın isə hazırda xəstəxanadadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar