Xəbər lenti
İki qardaşın çoxsaylı cinayətləri açıqlandı
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Gəncədə narkotik və oğurluq üstündə həbs edilən iki qardaşın başqa cinayətləri üzə çıxıb.
Narkotik vasitə ilə tutulmuş Kəmaləddin Talıbovun və qardaşı Seymurun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Gəncə şəhər Baş Polis İdarəsi və Daşkəsən
rayon polis şöbəsi əməkdaşları tərəfindən araşdırma aparılıb.
Əməliyyat tədbirləri ilə onların Daşkəsən rayonu ərazisində dahabir evdən 1 ədəd peyk qəbuledicisi, 1 ədəd DVD və 1 ədəd kompyuter
aksesuarı oğurlamaları müəyyən edilib.
İstintaq araşdırması zamanı Kəmaləddin Talıbovun bir evdən oğurluğa cəhd göstərməsi də üzə çıxıb. Onun Gəncə şəhərində yaşadığı evə baxış zamanı 1 ədəd “GİETCE TT NBB” markalı pnevmatikqaz tapançası və 1 ədəd “PİRAT” markalı ov bıçağı aşkar edilib.
Qeyd edək ki, Talıbov qardaşları bu ilin fevralın 8-də həbs ediliblər. Baxış zamanı Seymurdan 120 qram, qardaşından isə 114qram tiryək aşkar edilib.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Səbail rayon Polis İdarəsinin Seymur Talıbovun ətrafında apardığı əməliyyat tədbirləri ilə sonuncunun törətdiyi digər cinayət əməllərinin də üstü açılıb. Onun paytaxtın Badamdar qəsəbəsində yaşayan əcnəbi vətəndaşın mənzilindən 2 noutbuk, proyektor, 2 “TV-resiver”, 1 vebkamera, 2 domofon, 2 videokamera və 1 çanta oğurladığı müəyyən edilib.
Faktla bağlı istintaq davam edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar