Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bələdiyyə sədri qəza törətdi - İdarə rəisi öldü

Tarix: 01-10-2016 14:36     Baxış: 4466 A- / A+
Bələdiyyə sədri qəza törətdi
Qazax rayonu, Çaylı kəndi ərazisində "Mercedes" markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Manevr.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yanıb.

Qəza zamanı avtomobilin sahibi müxtəlif bədən xəsarətləri alıb. Sərnişin 1974-cü il təvəllüdlü Axundov Elşad Şahvələd oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Cəsəd və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyatı üzrə təhvil verilib.

10:13
***

Manevr.az Report-a istinadən xəbər verir ki, qəzaya uğrayan "Mercedes" markalı minik avtomobili Qazax şəhər Bələdiyyəsinə məxsus imiş.

Qazax şəhər Bələdiyyəsinin sədri Oqtay Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomaşın idarəetmədən çıxaraq yolun kənarına aşaraq yanıb.

Nəticədə sürcü O.Hüseynov yaralanıb, avtomaşında olan sərnişin - Qazax rayon Mənzil Kominal Təsərrufat İdarəsininin rəisi Elşad Axundov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş verən avtoqəza ilə bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar