Xəbər lenti
Dərs vaxtı MÜƏLLİMİNİ BIÇAQLAYAN şagirdlə bağlı YENİ XƏBƏR - FOTO
Göyçay rayonunda müəllimini bıçaqlayan şagirdlə bağlı bəzi məqamlar aydınlaşıb. Göyçay şəhər 7 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi Elşən Süleymanovu dərs vaxtı bıçaqlayan 9-cu sinif şagirdi N.B təhsil müəssisəsində çətin tərbiyə olunan şagird kimi tanınıb. Belə ki, atasız böyüyən 15 yaşlı oğlan anasının Türkiyəyə köçməsindən sonra nənəsinin himayəsində qalıb. Bu səbəbdən də yeniyetmə oğlanın davranışlarında müəyyən aqressivliklər müşahidə olunurmuş.
Bildirilir ki, dərs vaxtı hərbi hazırlıq müəllimi Elşən Süleymanov tərəfindən kobud davranışına görə danlanan və daha sonra qaçıb evdən bıçaq götürərək məktəbə qayıdan N.B həbs olunmayıb. Məktəb rəhbərliyinin müraciəti və yaşının azlığı səbəbindən onun barəsində başqa qətimkan tədbiri seçilib və profilaktik söhbətə cəlb edilib.
Göyçay rayon Polis Şöbəsindən bildirilib ki, məktəblərdə şagirdlərlə daim lazımi söhbətlər aparılır və bu söhbətlər bundan sonra da davam etdiriləcək./Lent.az
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar