Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

İsmayıllıda qeyri-adi olay- QADIN EVİNİN HƏYƏTİNDƏ YAD KİŞİ MEYİTİ TAPIB

Tarix: 03-02-2018 13:19     Baxış: 3285 A- / A+
İsmayıllıda qeyri-adi olay- QADIN EVİNİN HƏYƏTİNDƏ YAD KİŞİ MEYİTİ TAPIB

İsmayıllı rayon sakininə məxsus fərdi yaşayış evində naməlum kişi meyiti tapılıb.
Şəhərin Mübariz Orucov küçəsindəki 119 saylı mənzildə yaşayan 50 yaşlı Nüşabə Dəmirova Bakı şəhərindən rayona qayıdan zaman həyətində tanımadığı bir kişinin meyitini görüb.

Qadın dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları hadisə yerinə baxış keçirib və meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Araşdırma zamanı ölən şəxsin Ağdam rayonu Quzanlı qəsəbə sakini, 1957-ci il təvəllüdlü Əliyev Akif Əbdülhüseyn oğlu olduğu müəyyənləşib. Akif Əliyevin Lahıc qəsəbəsinə qonaq gəldiyi deyilir. Onun hansı səbəbdən öldüyü və meyitinin həyətə necə gətirilməsi müəyyənləşdirilir.

Tək yaşayan Nüşabə Dəmirova ölən kişini tanımadığını və evini rayona gələn turistlərə gündəlik kirayə verdiyini bildirib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar