Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Toyuna hazırlaşan məmur oğlu öldürüldü

Tarix: 02-02-2018 19:39     Baxış: 3513 A- / A+
Toyuna hazırlaşan məmur oğlu öldürüldü

Toyuna hazırlaşan məmur oğlu öldürüldüAğdaş rayonunda bələdiyyə sədrinin oğlunu qətlə yetirməkdə təqsirləndirilən 37 yaşlı Cabir Savxanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
İttihama görə, qətl Ağdaş rayonunun Qəribli kəndində törədilib. Kənd sakini Cabir Savxanov həmkəndlisi, 22 yaşlı Sahib Həsənovu bıçaqlayıb.

Onların arasında mübahisə kənddə keçirilən toy məclisində düşüb. İçkili vəziyyətdə olan Cabir Savxanov Sahib Həsənovla mübahisəni toyxanadan kənarda davam etdirmək üçün onu çölə çağırıb və üzərində gəzdirdiyi cib bıçağı ilə sonuncunun sol buduna bir neçə zərbə endirib.

Qəribli kəndi rayon mərkəzindən 40 kilometr aralıda yerləşdiyindən yaralı xəstəxanaya gec çatdırılıb və nəticədə o, dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Sahib Həsənov Qəribli kəndinin də daxil olduğu Aşağı Nemətabad kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.

Cinayəti törədən Cabir Savxanov hadisədən bir neçə saat sonra polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, ailəlidir, 2 övladı var. Nişanlı olan Sahib Həsənovun ailəsi onun toyuna hazırlaşırmış.

Cabir Savxanov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilir.

İttima münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilib.

Növbəti proses fevralın 15-də davam edəcək.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar