Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda hərbi hissədəki partlayışla bağlı AÇIQLAMA

Tarix: 02-02-2018 16:13     Baxış: 4278 A- / A+
Azərbaycanda hərbi hissədəki partlayışla bağlı AÇIQLAMA

"Ötən il Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışla əlaqədar aparılan əməliyyatların 7-10 iş günü ərzində başa çatdırılması nəzərdə tutulub".

Bunu apa-ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə mütəxəssisi İdris İsmayılov deyib.


O bildirib ki, partlayış baş verəndən sonra ANAMA-nın şəxsi heyəti əraziyə cəlb olunub: "Bununla bağlı Xızıda operativ qərargah yaradılıb. Qərargahda Fövqəladə Hallar Nazirliyi (FHN), Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları və Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının nümayəndələri fəaliyyət göstərirlər. İlkin olaraq, ərazi ANAMA-nın tədqiqat qrupu tərəfindən tədqiq edilib, ərazidə sursatların yayılma arealı müəyyənləşib.

Onun sözlərinə görə, 124 iş günü ərzində yoxlama işləri aparılıb. Bu vaxta kimi 96 milyon kvadrat metr ərazi yoxlanılıb, 25 mindən çox partlamamış hərbi sursat aşkarlanıb.

ANAMA-nın mütəxəssisi qeyd edib ki, əməliyyatlar aparılan zaman Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Şurabad və Yeni Yaşma kəndləri ərazisində məktəblər və xəstəxanalarda, insanların kütləvi toplaşdıqları ərazilərdə Agentlik tərəfindən maarifləndirmə işi aparılıb: "Əraziyə yayılmış sursatların şəkilləri insanlara paylanılıb ki, bu kimi sursatlar, partlayıcı elementləri gördükləri an dərhal ANAMA-ya, Fövqəladə Hallar Nazirliyinin "112" və Daxili İşlər Nazirliyinin "102" qaynar xidmətlərinə məlumat versinlər. Bu vaxta kimi ANAMA-nın əməkdaşları tərəfindən 10000-dən yerli sakinə mina və partlamamış hərbi sursatlara qarşı təhlükəsizliyə dair maarifləndirmə işi aparılıb".

Hazırda əməliyyat işləri dağlıq ərazilərdə davam etdirilir.

Qeyd edək ki, ötən il avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar