Xəbər lenti
“KaMAz” 63 yaşlı kişini vurub öldürdü

Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə bu gün axşam saatlarında Mingəçevir şəhərinin M.Ə.Rəsulzadə küçəsində, Kür çayı üzərindəki körpünün yanında qeydə alınıb. Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Mahmudov Eşqin Yusif oğlu idarə etdiyi 20-CO-973 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsindəki 20 saylı mənzildə yaşayan 1953-cü il təvəllüdlü Rıbkin Vladimir Andreyeviçi vurub. O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.apa
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar