Sizin Reklam Burada
Xəbər lenti
03-09-2025
02-09-2025
BÜTÜN XƏBƏRLƏR

İnternetdə tanış olduğu qadın evinə BASQIN TƏŞKİL ETDİ- Bakıda kuryoz hadisə

Tarix: 27-01-2018 11:45     Baxış: 3360 A- / A+
İnternetdə tanış olduğu qadın evinə BASQIN TƏŞKİL ETDİ- Bakıda kuryoz hadisə


Bakıda maskalı şəxslər evə basqın edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 25-də axşam saatlarında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini M.Məmmədov olması, internet vasitəsi ilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində birlikdə həmin evə gəldikləri, bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan 3 maskalı şəxsin onun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyməsi, cibindəki 150 manatı və mobil telefonunu da götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayaraq getmələri məlum olub.

Bundan sonra M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.

Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.

Görülmüş tədbirlərlə onlardan biri - paytaxt sakini Orxan Hüseynov “isti izlər”lə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.apa


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar