Xəbər lenti
Azərbaycanda 14 yaşlı çoban niyə qətlə yetirildi? - (təfərrüat)
Bərdə rayonunda məktəblini öldürməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Tapdıq Mustafalının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə ötən il yanvarın 13-də Bərdə rayonun Mirzəcəfərli kəndində olub.
Kənd ərazisində fermada yaşayan Yevlax rayonunun Qoyun Binəsi kənd sakini, 1999-cu il təvəllüdlü Tapdıq Mustafalı qonşuluqda yaşayan Kəlbəcər rayonundan olan məcburi köçkün, 2003-cü il təvəllüdlü Həsrət Mirzəməmmədovu döyərək öldürüb. Sonra meyti su kanalına atılıb.
İstintaq müəyyən edib ki, qətlə yetirilən Həsrət Mirzəmmədov 7-ci sinif şagirdidir. Ağdaş rayonunun Aral-1 kəndində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün Bərdə rayonunda çobanlıq edirmiş.
Hadisə Həsrət Mirzəməmmədov otlaq sahəsində heyvanları otararkən baş verib.
Tapdıq Mustafalı polis tərəfindən yaxalanaraq istintaqa cəlb edilib. O, ilkin ifadəsində yeniyetməni otlaq sahəsinə görə yaranan münaqişə zəminində öldürdüyünü deyib.
Amma istintaq dövründə 18 yaşlı Tapdığın 14 yaşlı Həsrəti başqa səbəbdən qətlə yetirdiyi məlum olub.
Həsrət hadisədən bir neçə gün əvvəl Tapdığı bacısı ilə görüb. O, özündən 4 yaş böyük olan Tapdıqdan bir də bacısına yaxın durmamasını tələb edib. Bu səbəbdən onlar arasında dava-dalaş baş verib. 14 yaşlı oğlanın başına zərbələr endirib öldürən Tapdıq Mustafalı meyiti kanala ataraq qaçıb. Çox keçmədən polis əməkdaşları onu yaxalayıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tapdıq Mustafalı 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar