Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

Parkda hamının gözü önündə arvadının başını kəsirdi - Azərbaycanda ŞOK

Tarix: 25-01-2018 19:19     Baxış: 3606 A- / A+
 Parkda hamının gözü önündə arvadının başını kəsirdi

Göyçay rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb.

Rayonun Kürdəmiş kənd sakini olan 42 yaşlı Rəşad Həşimov həyat yoldaşı, 31 yaşlı Vüsalə Kərimovanı Göyçay şəhərinin mərkəzindəki parkda bıçaqlayandan sonra onun başını kəsməyə çalışıb.

İlkin araşdırma zamanı məlum olub ki, o, boşanmaq ərəfəsində olduğu xanımına 8 bıçaq xəsarəti yetirib. Daha sonra bıçağı qadının boğazına dirəyərək, onun başını kəsməyə çalışan R.Həşimova ətrafdakı insanlar mane olub. Onlar müdaxilə edərək qadını 42 yaşlı kişinin əlindən alıblar. Vüsalə Kərimova Göyçay şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisədən sonra bıçaqla özünə ağır xəsarət yetirən R.Həşimov da həmin xəstəxanaya aparılıb.

*****


Göyçay rayonunda baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Cütlük arasındakı münasibətlər pozulandan sonra V.Kərimova boşanmaq üçün məhkəməyə müraciət edib. O, kənddən Göyçay şəhərindəki ata evinə qayıdıb. Bundan sonra onların münasibəti daha da kəskinləşib. Dünən isə R.Həşimov həyat yoldaşı ilə söhbət eləmək istədiyini bildirərək Göyçayın mərkəzindəki parkda onunla görüşüb. Bu zaman o, özü ilə gətirdiyi bıçaqla Vüsaləyə bir neçə zərbə endirib. Qadının öldüyünü düşünən 42 yaşlı kişi daha sonra özünü bıçaqlayıb.

Qeyd edək ki, hadisə xeyli insanın gözü qarşısında baş verib və hadisə şahidlərinin köməkliyi ilə hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktl bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

*****


Göyçay rayonunda ər həyat yoldaşını öldürməyə cəhd edib.

Göyçay rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Kürdəmiş kəndində baş verib.

Kənd sakini, 1976-cı il təvəllüdlü Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Həşimov həyat yoldaşı V.Kərimovanı bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan V.Kərimova xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törədən R.Həşimov saxlanılıb.moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar