Xəbər lenti
Bakıda polislərə hücum - Formalarını cırdılar
Paytaxtda keçmiş məhbus Nizami Rayon Polis Bölməsinin əməkdaşlarına hücum edərək, formalarını cırıb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, asayiş keşikçilərinin üzərinə bıçaqla hücum edən şəxsin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 (qarət) və 234-cü (narkotik vasitələri qanunsuz istehsal etmə, saxlama, daşıma, satma) maddələri ilə məhkumluğu olan 1972-ci il təvəllüdlü Məmmədov Vaqif Əbdülxalıq oğlu olduğu müəyyən edilib.
İnsident şənbə günü Məmmədovun Naxçıvanski küçəsində yerləşən mənzilində baş verib.
Məmmədovun həyat yoldaşı Sevda Məmmədova polisə zəng vuraraq, ərinin evə sərxoş vəziyyətdə gəldiyindən və dava saldığından şikayət edib. Hadisə yerinə gələn polis (çevik polis alayının) əməkdaşları Ruslan Əliyev və Asif Məmmədov silahlı müqavimətlə üzləşib.
Məmmədov bıçağı əlinə alaraq əməliyyatçılara hədə-qorxu gəlib.
Polis əməkdaşlarının onu zərərsizləşdirməsi o qədər də asan başa gəlməyib. Keçmiş məhbus polisin üzərində olan formaları tanınmaz hala salıb.
Formaya ziyan vurduğuna görə Məmmədov cavab verməli olacaq. Belə ki, ona qarşı təkcə xuliqanlıq deyil, eyni zamanda, polis əməkdaşlarına müqavimət ittihamı ilə cinayət işi açılıb.
Fakt üzrə istintaq aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar