Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

İş adamları arasında atəş açıldı, bir nəfər həbsə, digəri məzara – Bina sahibsiz qaldı

Tarix: 21-01-2018 21:43     Baxış: 2304 A- / A+
İş adamları arasında atəş açıldı, bir nəfər həbsə, digəri məzara


MTK sahiblərinin davası sakinləri çıxılmaz hala salıb. 6 ildir tikintisi başa çatmış binada heç bir kommunal xidmət işləmir. Onlarla ailə problemlər içində qalıb.

Manevr.az xəbər verir ki, söhbət Yeni Günəşli V massivi “Badü-Küba” MTK-dan gedir. Bina sakinləri saytımıza şikayət məktubu ünvanlayaraq, başlarına gələnləri yazıblar.

Şikayət məktubunda qeyd edilib ki, onların şikayətləri nə ilkdir, nə də son… 2006-cı ildə bünövrəsi qoyulan “Badü-Küba” MTK-dan mənzil alan sakinlər, həmin gündən bəri problem yaşayırlar.

“Hamı kimi biz də ağ günə çıxıb, yeni tiklidə yaşayacaq və bu süründürməçilikdən qurtulacaqdıq. Lakin, hadisələr biz gözlədiyimiz kimi cərəyan etmədi. 2006-cı ildə bünövrəsi qoyulan bu bina, 2012-ci ildə yarımçıq da olsa tikintisini başa vurdular.

Bu dövrdə şərik adlandırılan iki bina sədri Qəmbərov Ədalət və Asif adlı şəxs arasında ədavət yarandı. Güllələdilər, güllələndilər….100 oyundan çıxdılar və bütün bunlarda dövlətin gözü qabağında oldu. Əziyyət çəkən də biz sakinlər idik. Bu mübarizədə kimin qalib gələcəyini gözləyirdik. Kim hansı sədrdən ev alıbsa, həmin sədr məğlub olsa evi batacaqdı” deyən sakinlər, iki sahibkarın davasına görə, əziyyət çəkdiklərini bildiriblər.

“2012-ci ildən yavaş-yavaş sakinlər heç biri şəraiti olan evlərinə köçməyə başladılar ki, evləri əllərindən alınmasın və ya başqasına satılmasın…”

Sakinlər deyirlər ki, bu məsələ nağıla bənzəsə də, tamamı ilə həqiqətdir: “Bəli, bu bir nağıla, ya da kinoya bənzəyir, amma həqiqətdir. Uzun-uzadı davadan sonra bina bölündü və hər sədrə müəyyən qədər hissə düşdü. Kimlərinsə evi əlindən alındı, kimlərinsə evi bu biri sədr tərəfindən başqasına satıldı. Əziyyət çəkəndə biz qadınlar olduq. Körpə uşaqlarla küçələrdə, kirayələrdə… 2012-ci ildən yavaş-yavaş sakinlər heç biri şəraiti olan evlərinə köçməyə başladılar ki, evləri əllərindən alınmasın və ya başqasına satılmasın…

Həmən ildə binanın işığı, suyu, qazı, nə lifti, nə də qapısı varı idi. Sakinlər binanın təmiri üçün nəzərdə tutulmuş, nazik naqillə çəkilmiş, közərmiş işıqdan istifadə edirdilər ki, o da gah yüklənib alışıb yanırdı, gah da binanın uzun illər təmir dövründə yığılıb qalmış borcuna görə sönürdü. Kimisi körpə uşaq qucağında qohum evinə qaçırdı, kimisi isə uşağını bağrına basıb qızdırırdı”./Minval.İnfo/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar