Sizin Reklam Burada
Xəbər lenti
07-10-2026
06-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda məktəbli açılan atəş nəticəsində gözündən yaralandı

Tarix: 21-01-2018 12:48     Baxış: 3285 A- / A+
Azərbaycanda məktəbli açılan atəş nəticəsində gözündən yaralandı

Abşeron rayonunun Saray qəsəbəsində məktəb şagirdi silahlı insident nəticəsində gözündən yaralanıb.

Manevr.az xəbər verir ki, hadisə 2001-ci il təvəllüdlü Saray qəsəbə sakini, 10-cu sinifdə təhsil alan Xəlil İlqar oğlu Allahquliyev qardaşı Cəlil ilə birgə dərsdən evə qayıdarkən baş verib.

Naməlum istiqamətdən ov tüfəngindən açılan atəş nəticəsində ətrafa səpilən qırmalardan bir neçəsi Allahquliyev Xəlilin sol göz nahiyəsinə dəyib. Atəşin kim tərəfindən açıldığı hələlik məlum deyil.

Məktəbli ailə üzvləri tərəfindən Sumqayıt şəhərində yerləşən U.Musabəyli adına Rayonlararası Oftalmoloji Xəstəxanasına çatdırılıb.

Tibb müəssisəsindən verilən məlumata görə, X.Allahquliyev gətirilərkən vəziyyəti ağır olub. Ona dərhal tibbi müdaxilə edilib. Kəsilmiş-cırılmış göz nahiyəsi cərrahi əməliyyat olunub. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı araşdırma aparılır./report
Azərbaycanda məktəbli açılan atəş nəticəsində gözündən yaralandı
Azərbaycanda məktəbli açılan atəş nəticəsində gözündən yaralandı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar