Xəbər lenti
Məktəbdə şagirddən dəhşətli cinayət: 15 yaşlı sinif yoldaşının boğazını kəsdi

15 yaşlı məktəbli dərsdən sonra imtahanlara hazırlaşan zaman sinif yoldaşı tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Hadisə Çində baş verib. 15 yaşlı Xiao Vi sinif yoldaşının amansız hücumuna məruz qalıb. Qız kömək çağırmaq istədiyində isə, oğlan əlindəki bıçaqla qızın boğazını kəsib.
Hadisə zamanı sinif otağında olan digər uşaqlar ona mane olmağa çalışsalar da, əlində bıçaq olduğu üçün qorxublar. Xiao Vi hadisə yerində ölüb.
Cinayəti törədən H.Yan isə qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinərək polislər tərəfindən saxlanılıb.
Polisə ifadəsində son dərəcə çətin imtahanlara hazırlaşdıqlarını deyən H.Yan əsəblərinin gərgin olduğunu və hadisəni istəyərək törətmədiyini bildirib.
Məktəblinin üzərində bıçaqla sinif otağına daxil olmasına icazə verildiyi üçün məktəb direktoru haqqında araşdırma başladılıb.
Hadisə şahidlərinin sözlərinə görə, H.Yan məktəbdə fasilə zamanı mətbəxə düşərək oradan bıçaq götürüb.
Faktla bağlı cinayət işi başladılıb./ publika.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































