Xəbər lenti
Azərbaycanlı futbolçu həbs olundu - FOTO
İran vətəndaşlarına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
Adıçəkilən şəxslər kafedə yeyib içərkən İran vətəndaşı Murtəza Azər və Bakı sakini Sədi Məmiyev onları daha yaxşı əylənə biləcəkləri bir məkana aparmalarını istəyiblər. Əvəzində gənclərin hesabını da ödəyəcəklərini deyiblər. Növbəti məkanda davam edən əyləncənin hesabı 750 manat olub. İran vətəndaşı buna etiraz edib və yalnız özü ilə dostunun hesabını ödəyib.
M. Məhərrəmov isə telefonunu girov qoyaraq hesabı ödəmək üçün pul gətirməyə gedib. Hesabı verdikdən sonra kafedən bir yerdə çıxıblar. Fatmayı qəsəbəsində Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar.
Məhərrəm Məhərrəmov "İnter" komandasında 17 yaşlılar üzrə yığmada çıxış edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov və O. Atayev 8 il, M. Məmmədov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyiblər. İlkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Proses yanvarın 29-da davam etdiriləcək.qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar