Xəbər lenti
KEÇMİŞ POLİS ƏMƏKDAŞINI MAŞIN VURUB-ZAQATALADA

Zaqatalada keçmiş polis əməkdaşını maşın vurub.
Manevr.az apa-ya istinadən xəbər verir ki, yanvarın 10-u saat 20:30 radələrində Şəki-Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində Balakən rayon sakini Şaban Ramazan oğlu Laçınov idarə etdiyi “Mercedes Vito” markalı 99 XZ 031 dövlət nömrə nişanlı kiçiktutumlu mikroavtobusla yolu keçmək istəyən piyada, Zaqatala rayonu Çobankol kənd sakini, 1969-cu il təvəllüdlü Kamal Fazil oğlu Abdilovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamal Abdilov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan verilən məlumata görə, Kamal Abdilovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, Kamal Abdilov 2016-cı ilin sonuna kimi Zaqatala rayon Polis Şöbəsində polis nəfəri kimi çalışıb, hazırda təqaüddədir.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































