Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ana xanəndə qızının qanını tökdü – Bakıda olay

Tarix: 10-01-2018 21:34     Baxış: 2330 A- / A+
Ana xanəndə qızının qanını tökdü – Bakıda olay

Bakıda qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Aynurə Rüstəmova ötən il qızı Cəmalə Həmidovanı bıçaqlayıb. Buna səbəb qızının anasından icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatı xilas edilib.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Aynurə Rüstəmova barəsində həbs qətimlan tədbiri seçilməyib.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

İki qız anası olan Aynurə Rüstəmova özünü təqsirli bilib. Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə zamanı həyat yoldaşı evdə yataq xəstə olub: "Evdə söz-söhbət oldu deyə həmin hadisə baş verdi. Qızım Cəmalə qapının qarşısında dayanmışdı. Ona dedim ki, gəl, bu tərəfə keç, amma mən deyəni etmədi. Sonra da məlum hadisə baş verdi".

Hakim Aynurə Rüstəmovanın istintaqa verdiyi ifadəsini elan edib. O, dindirilmə zamanı istintaqa həyat yoldaşından ayrı yaşadığını deyib: "Evlərdə xadiməlik edirəm, uşaqlarımı əziyyətlə böyütmüşəm".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, böyük qızı onun sözlərinə qulaq asmayıb: "Axşam tərəfi qızım çimərliyə getdi, oradan da gec qayıtdı. Gələn kimi evin ikinci mərtəbəsinə qalxdı. Onu çağırdım ki, niyə icazəsiz çimərliyə getmisən, həm də gec gəlmisən. Qızım mənə qulaq asmadı, onu bıçaqla vurdum".

Aynurə Rüstəmova ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Bildirib ki, cinayət işində zərərçəkmiş qismində adı keçən qızı Cəmalə Həmidova hazırda ölkə xaricindədir: "Qızım işi ilə əlaqədar Türkiyəyə gedib. Bu ayın 20-dən sonra Bakıya qayıdacaq. Nəsə bilet problemi yaranıb deyə gələ bilmir. Özü də gəlib məhkəmədə ifadə verəcək və hadisənin necə baş verdiyini danışacaq".

Təqsirləndirilən qadın bıçaqladığı qızının xanəndə olduğunu bildirib.

Hakim deyib ki, zərərçəkmiş Cəmalə Həmidova növbəti məhkəmə iclasına gəlməsə, onun barəsində məcburi gətirilmə qərarı çıxarılacaq.

Növbəti proses yanvarın 23-də davam edəcək.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar