Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 13 yaşlı qız yoxa çıxıb - Onun oğurlandığı iddia edilir - VİDEO

Tarix: 09-01-2018 23:16     Baxış: 4301 A- / A+
Bakıda 13 yaşlı qız yoxa çıxıb - Onun oğurlandığı iddia edilir



Bakıda 13 yaşlı qız itkin düşüb.

Manevr.az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi 5 d ünvanında yaşayan 13 yaşlı Nəsibə Mirzəyeva iki gün əvvəl yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bundan sonra uşağın valideynləri polisə müraciət ediblər. Uşağın atası Namiq Mirzəyev "Xəzər Xəbər"ə bildirdi ki, qızı evdən çıxarkən əynində açıq qəhvəyi rəngdə parça gödəkcə, qara rəngli cins şalvar və göy rəngli ayaqqabı olub. Ata iddia edir ki, Nəsibə Mirzəyevanı tanımadığı şəxslər aldadaraq oğurlayıblar.

Namiq Mirzəyevin sözlərinə görə, qızı bir neçə dəfə həyətdə kiminləsə söhbət edib. Bu isə atasında şübhələr yaradıb. Buna görə də qızına evdən çölə çıxmaması ilə bağlı xəbərdarlıq edib.

Atası deyir ki, Nəsibə Mirzəyevanın telefonu olmayıb. O, qızını hətta məktəbə getməyə də qoymurmuş. Üç qız atası olan Namiq Mirzəyev indi övladının tapılmasını istəyir.

Faktla bağlı Sabunçu rayonu 14-cü polis bölməsində araşdırma aparılır.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar