Xəbər lenti
"Qanun" nəşriyyatında oğurluq olub - yenə 27 sentyabrda + FOTO

Bakıda məşhur “Qanun” nəşrlər evindən oğurluq olub.
Manevr.az-ın məlumatına görə, bu barədə nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu xəbər verib. O, bildirib ki, hadisədən bu gün səhər saatlarında xəbər tutulub:
“Səhər tezdən qara xəbər gəldi ki, deyəsən nəşriyyata oğru girib.
“Qanun”un əsas qapısı açılmış, mühasibatlığın qıfılı sındırılmışdı, şkaflar ələk-vələk edilmişdi. Ən üst mərtəbənin damından tavan dağıdılmış, “Əli və Nino”nun seyfi yarılmışdı. Eyni mərtəbədə olan başqa bir otağın əşyaları dağıdılmışdı. Daha bir qapıya lom salınmışdı. Bir sözlə, nəşriyyatın binasını gecə uzunu yaxşıca yağmalamışdılar.
İşçilər gəldilər, polisləri çağırdıq, bəlli oldu ki, bizim kassadan 3 mindən çox pul aparılıb, “Əli və Nino”dan isə 213 manat 20 qəpik. Kameralara baxdıq, iki maskalı şəxsin görüntüsü var idi. Tarixə baxdıq - 27 sentyabr. Düz bir il əvvəl eyni gündə, eyni hadisə baş vermişdi. O zaman açılmış cinayət işi sanki bir futbol topu kimi prokurorluqla polis arasında qaldı, sıxıldı, əzildi və günlərin bir günü havaya qovuşdu, yox oldu. Nə prokurorluqdan bir xəbər gəldi, nə polisdən”.
Şahbaz Xuduoğlu qeyd edib ki, onlar bu dəfə də polisə sığınıblar. Nəşriyyat rəhbəri əlavə edib ki, keçən il eyni vaxtda baş verən həmin oğurluq açılsaydı, bu gün bu hadisə baş verməzdi.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar