Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

AZƏRBAYCANDA ÇOBAN AİLƏSİNDƏ ÜRƏK DAĞLAYAN HADİSƏ

Tarix: 04-01-2018 18:36     Baxış: 4467 A- / A+
AZƏRBAYCANDA ÇOBAN AİLƏSİNDƏ ÜRƏK DAĞLAYAN HADİSƏ


Bu gün Qobustan rayonu ərazisində baş vermiş dəhşətli yanğın hadisəsinin təfərrüatı üzə çıxıb. Manevr.az xəbər verir ki, 2 azyaşlının yanaraq öldüyü hadisə Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında yerləşən fermanın həyətindəki evdə baş verib. Belə ki, bu gün səhər saatlarında həmin fermada çoban işləyən Zəkəriyyə Babaşov qoyun sürüsünü otlağa aparıb. Daha sonra onun həyat yoldaşı təsərrüfat işləri ilə əlaqədar çölə çıxıb. Beləliklə, 7, 5 və 2 yaşlı 3 azyaşlı evdə nəzarətsiz qalıb. Uşaqların tezalışan əşyanı ehtiyatsızlıqdan odun sobasının üstünə aşırması isə dəhşətli faciəyə səbəb olub.

Bildirilir ki, uşaqların anası yanğının başladığını görəndə otağı alov bürüyübmüş. Ailənin böyük uşağı ağır xəsarətlərlə xilas olsa da, 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.

Ağır xəsarət alan uşaq Bakıya gətirilib.

*****

15:14

Qobustanda dəhşətli faciə yaşanıb.

Manevr.az-ın FHN-ın saytına istinadən məlumatına görə, rayonun Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar