Sizin Reklam Burada
Xəbər lenti
31-08-2025
30-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bal ayından qayıtdı, zərbədən öldü - FOTO

Tarix: 28-12-2017 20:18     Baxış: 3695 A- / A+
Bal ayından qayıtdı, zərbədən öldü - FOTO

Qreq Brendon Fusko ötən ay sevgilisi Teylorla evlənmişdi. Onlar Havay adalarında keçirdikləri "bal ayı"ndan yenicə qayıtmışdılar.

Milli.az New York Post-a istinadən bildirir ki, 38 yaşlı Qreq ABŞ-ın Florida ştatındakı Nokati şəhərində softbol matçına yollanmışdı.

Meydanda oyuna çıxan Qreq ötürmə zamanı topu tuta bilməyib və top onun başına dəyib.

Zərbədən huşunu itirən Qreq hospitala aparılsa da, özünə gəlməyib.

Həkimlərin dediklərinə görə, Palm Harbor şəhərinin sakini Q.Fuskonun beynində tromb əmələ gəlib. Hospitalda iki həftə reanimasiya bölməsində qalan Qreq keçinib.

Qreqin ailəsi və dostları indi GoFundMe servisində xeyriyyə səhifəsi yaradaraq hospitaldakı müalicənin pulunu toplamağa çalışırlar. Gərəkli 50 min dolların 22317 dolları artıq toplanıb.

Şənbə günü isə "Tamba Bay" softbol klubunun arenasında xeyriyyə matçı keçiriləcək. Yığılan pullar Qreqin dul qalmış xanımı Teylora veriləcək.

Beynəlxalq "International Slow Pitch Softball" təşkilatı isə oyunçulardan meydanda qoruyucu şlemlərdə olmasını tələb edəcək yeni qayda hazırlayırlar.
Bal ayından qayıtdı, zərbədən öldü - FOTO


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar