Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan elminə AĞIR İTKİ: professor VƏFAT ETDİ - FOTO

Tarix: 28-12-2017 17:38     Baxış: 21 540 A- / A+
Azərbaycan elminə AĞIR İTKİ: professor VƏFAT ETDİ


Tarix üzrə elmlər doktoru, professor İlyas Atababa oğlu Babayev vəfat edib.

Manevr.az xəbər verir ki, Arxeologiya və Etnoqrafiya İnstitutundan publika.az-a verilən məlumata görə, İ.Babayev uzun sürən xəstəlikdən sonra 82 yaşında dekabrın 27-də dünyasını dəyişib.

İ.Babayev AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin rəhbəri olub.

O, 1935-ci il martın 23-də Quba rayonunun Xanəgah kəndində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirən İlyas Babayev Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışıb. İlyas Babayev Qafqaz və İranın antik dövr arxeologiyası üzrə dünyada tanınmış mütəxəssislərdən biri idi.

İlyas Babayev ali və orta məktəb dərsliklərinin, çoxcildlik “Azərbaycan tarixinin” I-II cildlərinin, “Azərbaycan numizmatikası”nın I cildinin, çoxcildlik “Azərbaycan Ensiklopediyası”nın, “Naxçıvan Ensiklopediyası”nın müəlliflərindən biri olmuşdu.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi mərhum professor İ.Babayevin ailə üzvlərinə və əzizlərinə dərin hüznlə başsağlığı verir, görkəmli alim və səmimi insan İlyas Atababa oğlu Babayevin əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını bildirir.

Mərhum professor İ.Babayev bu gün 28 dekabrda, saat 13:00-da Quba rayonu Xanəgah kəndinin qəbiristanlığında dəfn ediləcək.

Azərbaycan elminə AĞIR İTKİ: professor VƏFAT ETDİ


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar