Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ağsaqqallara hörmətsizliyə görə bıçaqlaşma - tərəflər barışdı

Tarix: 27-12-2017 13:26     Baxış: 5261 A- / A+
Ağsaqqallara hörmətsizliyə görə bıçaqlaşma


Əvvəl xuliqanlıq, sonra oğurluq, indi isə adam bıçaqlamağa görə hakim qarşısına çıxarılan 28 yaşlı gənc zərərçəkmişlə barışıb.


Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda ittiham edilən 1989-cu il təvəllüdlü Şəhriyar Abdulovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən iclasda bıçaqlanan şəxs Zakir Məmmədov ifadə verib.

Z.Məmmədov istintaqda ifadə verdiyini və həmin ifadəni təsdiqlədiyini bildirib. Söyləyib ki, hadisəyə səbəb anlaşılmazlıq olub.

Ş.Abdulov ötən iclasdakı ifadəsində göstərib ki, bıçaqladığı Zakir Məmmədov həmin gün kənddə ağsaqqallara hörmətsizlik edib. Onun bu hərəkətlərinə etiraz edən kənd sakini Fazil Məmmədovu isə döydürmək istəyib. Buna görə də onunla mübahisə edib.

Hadisənin baş vermə səbəbi kimi təfərrüatlardan biri də belədir ki, bıçaqlanan Zakir Məmmədov kənd kafesində oturarkən ağsaqqallar gələn zaman ayağa durmayaraq onlara hörmətsizlik edib. Elə mübahisə də bundan başlayıb.

Qeyd edək ki, Ş.Abdulov daha əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2010-cu ildə xuliqanlığa görə həbs edilib və 3 il cəza çəkib. Daha sonra isə oğurluğa görə pul cəriməsi ödəməli olub.

Ş.Abdulov Abşeron rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılıb. Şəhriyar Abdulova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bıçaqlanan şəxs əvvəllər adam oğurluğuna görə məhkumluq həyatı yaşayıb./Musavat.com/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar