Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

Futbolçu həbs olunub

Tarix: 26-09-2016 16:23     Baxış: 3451 A- / A+
Futbolçu həbs olunub


Fransanın PSJ klubunun futbolçusu Serj Orye 2 aylıq həbs cəzasına məhkum olunub.

"Report"un məlumatına görə, buna kot divuarlı müdafiəçinin polislə dalaşması səbəb olub.

Qərarı Paris İslah Məhkəməsi çıxarıb. 23 yaşlı oyunçu "Hökumət nümayəndəsinə zorakılıq" maddəsi ilə müqəssir bilinib. İki aylıq icbari həbs cəzası ilə yanaşı, Orye zərərçəkənə fiziki və mənəvi zərər vurduğu üçün 600 avro, məhkəmə xərcləri ilə birlikdə 1500 avro ödəyəcək. Orye məhkəmə hökmünü şərh etmək istəməyərək, zalı tərk edib. Yaxın vaxtlarda vəkilləri apellyasiya vermək niyyətindədirlər.

Nizam-intizam problemləri olan futbolçu ilə bağlı insident mayın sonlarında Parisin mərkəzindəki gecə klublarından birində baş verib. O, klubdan çıxarkən, polis patrul nəfəri ilə mübahisə etdiyi üçün saxlanılıb. Orye polislərin onun sifətinə 4 zərbə endirdiklərini iddia edib. Lakin məhkəmə bu ifadələri qəbul etməyərək, zorakılığın "içkili futbolçu" tərəfindən edildiyini bildirən asayiş keşikçilərinin tərəfini saxlayıb.

Qeyd edək ki, Serj Orye PSJ-yə 2014-cü ildə "Tuluza"dan icarə əsasında keçib. O, 2015-ci ildə parislilərlə 4 illik müqavilə bağlayıb. 2015-2016 mövsümündə paytaxt komandasının heyətində 21 oyuna 2 qol vurmuş Orye bu mövsüm çempionatın 4 oyununa çıxıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar