Xəbər lenti
Azərbaycanda faciəvi hadisə: evində diri-diri yandı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən yanğın hadisəsi barədə məlumat açıqlayıb.
Manevr.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 50 m2 olan birmərtəbəli ikiotaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə, ümumi sahəsi 105 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun yanmış cəsədi aşkar edilib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
---------
16:25
Gəncədə yaşayış evində yanğın olub.
Manevr.az- apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfi Hacıyev küçəsində yerləşən evlərin birində baş verib.
Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın yerinin müayinəsi zamanı orada 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar