Xəbər lenti
Azərbaycanda məktəb direktorlarının FACİƏSİ
Göyçay rayonunda məktəb direktoru ürək tutmasından dünyasını dəyişib.
Rayonun Çayarxı kənd tam orta məktəbinin direktoru, 1954-cü il təvəllüdlü Mübariz Şamilov iş otağında infarkt keçirib.
O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan direktor ikin tibbi yardımdan sonra müalicə üçün Bakı şəhərinə aparılsa da, orada dünyasını dəyişib.
Məktəb direktoru Mübariz Şamilovun maddi cəhətdən sıxıntısının olduğu, bu səbəbdən də bir müddətdir, özünü narahat hiss etdiyi bildirilir.
Göyçay rayonunda daha bir məktəb direktoru ilə bağlı bədbəxt hadisə qeydə alınmayıb.
Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib.
Hadisə ötən gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib.
Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun vəziyyəti ağır olaraq qalır.
Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar