Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Mehman Hüseynovla bağlı şikayət təmin edilmədi

Tarix: 20-12-2017 13:21     Baxış: 4387 A- / A+
Mehman Hüseynovla bağlı şikayət təmin edilmədi


Bu gün Bakı Apellyasiya Məhkəməsində blogger Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə iclası davam edib.

APA-nın məlumatına görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda M. Hüseynovun vəkilləri Fəxrəddin Mehdiyev və Fuad Ağayev çıxış ediblər. Onlar M. Hüseynov barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

İclasda çıxış edən xüsusi ittihamçının nümayəndəsi Əlirza Həbilov isə şikayətin təmin edilməməsini istəyib.

M. Hüseynov isə çıxışında ittihamı əsassız adlandırıb və bəraət hökmünün çıxarılmasını xahiş edib. Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra qərar elan edilib.

Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, sentyabrın 29-da Ali Məhkəmədə M. Hüseynovun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin olunub. M. Hüseynov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.

Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Həmin hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar