Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Avtomobil qaçıraraq qəza törədən şəxs QANDALLANDI

Tarix: 18-12-2017 19:50     Baxış: 3363 A- / A+
Avtomobil qaçıraraq qəza törədən şəxs QANDALLANDI
Şirvanda avtomobil qaçıraraq qəza törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, dekabrın 17-də Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətinə Şirvan şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

Şirvan ŞPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalarla Bakı şəhər sakini Xəyyam Həsənovun "VAZ-2106” markalı avtomobilinin şəhərin Naxçıvan küçəsindən qaçırıldığı məlum olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qeyd edilən avtomobilin şəhər ərazisində yol-nəqliyyat hadisəsi törətməsi, "VAZ-2107” markalı avtomobillə toqquşması müəyyən edilib.

Hadisə yerindən qaçmağa cəhd göstərən sərxoş şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun şəhər sakini Səbuhi Həmidov olması, Naxçıvani küçəsində dayanan avtomobilin qapılarının açıq və açarının üzərində olduğunu görüb onu qaçırması və yüksək sürətlə idarə edərək işıqforun qırmızı işığında dayanan minik avtomobilinə çırpıldığı müəyyən edilib.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla əlaqədar Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.unikal.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar