Sizin Reklam Burada
Xəbər lenti
07-08-2025
06-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yola çıxan inəyə görə 3 nəfər öldü - Sumqayıtda dəhşətli qəza

Tarix: 08-12-2017 13:45     Baxış: 4267 A- / A+
Yola çıxan inəyə görə 3 nəfər öldü - Sumqayıtda dəhşətli qəza


Ötən gecə Sumqayıt yaxınlığında 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.

FHN-dən verilən məlumata görə, "Kamaz" markalı yük avtomobili və "Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Baş vermiş qəza ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Quba rayon sakini, 1979-cu il təvəllüdlü Novruzov Azad Novruz oğlunun idarə etdiyi "Mercedes” markalı minik avtomobilinin çırpıldığı "KamAZ”ın hadisədən bir qədər əvvəl yola çıxmış inəyi vurduğu məlum olub. Belə ki, Yasamal rayon sakini Xanəhmədov Əsgər Yavər oğlu yük maşını ilə magistrala çıxmış inəyi vurub və iribuynuzlu heyvan ölüb. Bunu görən sürücü yük maşınını yolun sağ kənar zolağında saxlayaraq düşüb. Bu zaman Azad Novruzovun idarə etdiyi "Mercedes” markalı, 10 TN 757 nömrə nişanlı avtomobil yük maşınına çırpılıb.

Hadisə nəticəsində sürücü ilə yanaşı sərnişinləri: 1955-ci il təvəllüdlü Məmmədov Xanlar Alı oğlu və 1976-cı il təvəllüdlü Cəfərov Rəşid İslam oğlu hadisə yerində ölüb. Quba şəhər sakini olan 1998-ci il təvəllüdlü Kərimov Əmrah Nəriman oğlu isə açıq kəllə beyin travması alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar