Sizin Reklam Burada
Xəbər lenti
16-09-2026
15-09-2026
BÜTÜN XƏBƏRLƏR

Şəkidə sahibkarın müəmmalı intiharı - məhkəmədən çıxıb özünü asdı

Tarix: 22-09-2016 14:46     Baxış: 4542 A- / A+
Şəkidə sahibkarın müəmmalı intiharı


Şəki rayonunun Baş Göynük kəndində intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Məhəmmədhəsənov Nüsrət Fikrət oğlu dünən özünü meşədə asıb.

Belə ki, N.Məhəmmədhəsənov bir müddət öncə üzərində qanunsuz silah olduğu üçün saxlanılıb. Ona Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah daşıma) maddəsi ilə cinayət işi açılıb. Hazırda isə Şəki Şəhər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

N.Məhəmmədhəsənov dünən növbəti məhkəmə iclasında iştirak edib. Prosesdən sonra rayondan kəndə qayıdarkən dağ yolunda meşədə özünü asıb.

Onun evə gəlmədiyini biləndən sonra axtarışlara başlanılıb və bu gün meşədə asılmış meyiti tapılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, Məhəmmədhəsənov Şəkidə imkanlı şəxs kimi tanınır və uzun müddət ovla məşğul olub. Mərhumun ferması, villası və marketləri var.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar