Sizin Reklam Burada
Xəbər lenti
07-08-2025
06-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 549 manat pul bankomatdan belə oğurlandı - VİDEO

Tarix: 28-11-2017 16:56     Baxış: 3577 A- / A+
Bakıda 549 manat pul bankomatdan belə oğurlandı
Bakıda bankomatdan pul çıxarmaq istəyən sakinin başına iş gəlib.
Manevr.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Orxan Həsənov məlumat verib. O, Əhmədli metrostansiyasının yaxınlığındakı Beynəlxalq Banka məxsus bankomatdan pul çıxarmaq istəsə də buna nail ola bilməyib. Üstəlik kartında olan pulunu da itirib.
"Kartı bankomata saldım, balansdakı 549 manatı çıxarmaq istədim. Lakin ekranda yazıldı ki, istədiyiniz məbləğ yoxdu. Davam edək, yoxsa kartı qaytaraq? Mən də fikirləşdim ki, pul yoxdursa, davam etməyin mənası da yoxdur. Kartı çıxarıb getdim”,- deyə Orxan Həsənov qeyd etdi.
Lakin hər şey bundan sonra başlayıb. Orxan Həsənov bankomatdan uzaqlaşarkən daha bir nəfər bankomata yaxınlaşıb. Həmin şəxs bankomata kartını salmaq istəyəndə Orxan Həsənovun bir az əvvəl istifadə etdiyi kartının balansındakı pul çıxıb.
Oğlan sağa-sola baxandan sonra pulu götürüb aradan çıxıb.
Orxan Həsənov məsələ ilə bağlı Beynəlxalq Banka müraciət etsə də bankdan bildirilib ki, polisə müraciət edilsin. Zərərçəkən sakin polisə də müraciət edib. Hadisə yay aylarında baş versə də hələ də pulu götürüb aradan çıxan şəxs tapılmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar