Xəbər lenti
Azərbaycanda AĞIR QƏZA: İki gənc faciəli şəkildə öldü

Qəbələdə iki avtomobil toqquşub, ölənlər var.
Manevr.az apa-ya istinadən xəbər verir ki, bu gün saat 01:00 radələrində Oğuz-Qəbələ yolunda, Qəbələnin Zarağan kəndində Bakı şəhər, Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlunun idarə etdiyi "Toyota Rav 4" markalı 90-NB-811 dövlət nömrə nişanlı avtomobillə Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlunun idarə etdiyi "VAZ 2107" markalı, 66-BV-214 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Nəticədə S. İsmayılov və sərnişini, 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində ölüb. "Toyota”da olan 3 sərnişin isə xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar