Sizin Reklam Burada
Xəbər lenti
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Psixotrop dərmanlar satan əczaçı tutuldu

Tarix: 21-09-2016 19:27     Baxış: 3588 A- / A+
Psixotrop dərmanlar satan əczaçı tutuldu
Manevr.az

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik tərkibli dərmanların satışını həyata keçirən şəxsi saxlayıb.

Nazirliyin məlumatına görə, Yasamal rayonu ərazisində yerləşən apteklərdən birində dövriyyəsi qadağan edilən narkotik tərkibli dərmanların satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin aptekdə işləyən Şirvan şəhər sakini Tural Abıyev güclü psixotrop təsirə malik olan 9 ədəd “Lyrica” kapsulunu satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxsin işlədiyi aptekə baxış zamanı oradan əlavə olaraq psixotrop tərkibli 3200 ədəd “Tramadol”, 112 ədəd “Lyrica”, 1335 ədəd “Pregabalin” kapsulaları, 165 ədəd “Tradolex” ampulaları və 4 ədəd “Tropicamide Mydrax” flakonu aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı, T.Abıyev işlədiyi aptekdə həmin dərmanların satışını həyata keçirdiyini etiraf edib. Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.Qaynarinfo.Az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar