Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda baş vermiş partlayışla bağlı - RƏSMİ AÇIQLAMA

Tarix: 20-11-2017 22:19     Baxış: 4376 A- / A+
Bakıda baş vermiş partlayışla bağlı

Cinayət işi açıldı.

Noyabrın 20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Elit Yatırım” LTD şirkətinə məxsus “Metal tədarükü, satışı və emalı” zavodunun ərazisinə idarə etdiyi yük maşını ilə metal tullantıları gətirmiş 1964-cü il təvəllüdlü Məmmədov Bəhmən Heydər oğlunun yük maşınının qarşısında dayanarkən əlində mənşəyi məlum olmayan qurğunun partlaması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Bakı şəhər prokurorluğunun mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, məlumat əsasında Bakı şəhəri Qaradağ rayon prokurorluğu və polis idarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) xüsusi mobil əməliyyat qrupunun, Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşlarının, o cümlədən məhkəmə-tibb və Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin yanğın və partlayış üzrə ekspertlərinin iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 224-cü (Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Fövqəladə Hallar Nazirliyinin və ANAMA-nın mütəxəssisləri tərəfindən zavodun ərazisində partlayıcı maddələrin, yararsız döyüş sursatının və onların komplekt hissələrinin olub-olmamasının müəyyən edilməsi istiqamətində kompleks yoxlamalar keçirilir. Eyni zamanda, partlamış qurğunun əldə olunduğu metal qəbulu məntəqəsinin və ya digər əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.istipress

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar