Xəbər lenti
Bakı metrosunda qorxulu anlar
"Bu gün səhər saatlarında metronun “Xalqlar Dostluğu” stansiyasında 54 yaşlı qadının relslərin üstünə düşməsi sırf ehtiyatsızlıq üzündən olub".
Bu barədə “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, qadının relslərin üstündən qaldırdıqdan sonra təcili yardım çağrılıb və o, xəstəxanaya yola salınıb: "Xilas olduqdan sonra qadının vəziyyəti elə də pis deyildi", - deyə Nəsimi Paşayev vurğulayıb.
Bu gün səhər saatlarında metronun “Xalqlar Dostluğu”- “Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb. Sərnişin sıxlığından vətəndaşlar yenə də vaqonlara minməkdə çətinlik çəkiblər.
Buna səbəb səhər 08:18 radələrində vətəndaşın qəfildən relslərin üzərinə yıxılması olub. Belə ki, 1963-cü il təvəllüdlü Sevda Osmanova “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxtda relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsiylə qatar stansiyaya daxil olanda maşinist saxlayıb, qadını oradan çıxarıblar.istipress
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar