Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Maştağada biabırçı hadisə - Yeniyetmələr qızı zorladı

Tarix: 20-09-2016 21:37     Baxış: 3684 A- / A+
Maştağada biabırçı hadisə

Bakının Sabunçu rayonunda qrup halında zorlama hadisəsi qeydə alınıb.

Manevr.az xəbər verir ki, bu barədə Sputnik-ə Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

42-ci polis şöbəsinə Maştağa qəsəbəsinin 24 yaşlı sakini V.A. (istintaq marağı və etik səbəblərdən adı yazmırıq) müraciət edib. Qız bildirib ki, 19 sentyabr saat 18.00-da öz evində iki cavan adam tərəfindən zorlanıb. Onlardan birinin adının Səbuhi olduğunu bilir.

Rayon polisinin 42-ci şöbəsinin əməliyyatçıları tərəfindən aparılan operativ-axtarış tədbirləri nəticəsində dünən gecə Maştağa qəsəbəsinin həddi-buluğa çatmamış sakinləri - 2000-ci il təvəllüdlü Xəyyam Ağayev və 2001-ci il təvəllüdlü Siyavuş Ağayev saxlanılıb.

“Cavanlar zərərçəkmişin qonşuluğunda yaşayırlar. Onlar bir-biriləri ilə qohum deyillər, baxmayaraq ki, soyadları eynidir. Onlar ilkin dindirmə zamanı dərhal günahlarını boyunlarına alıblar. İşin materialları rayon prokurorluğuna göndərilib”, - deyə polisdən bildiriblər.

Polis bölməsində saxlanılan şəxslər maraqlı açıqlama veriblər. Onların dediyinə görə, sözügedən cinayəti ona görə törədiblər ki, bu qızın adı kənddə pis çıxıb. Yeniyetmələr düşünüblər ki, əgər qadın yüngül əxlaqlıdırsa, onunla cinsi əlaqəyə girmək günah deyil. İstintaq müəyyən edib ki, təcavüzkarlar qurbanın evinə ailənin digər üzvlərinin olmadığını qabaqcadan öyrənəndən sonra gediblər və qızı zorlayıblar. Saxlanılan şəxslər haqqında qrup şəklində zorlama ilə bağlı cinayət işi açılıb, törədilmiş cinayətin halları ilə bağlı araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar