Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəkidə Rusiya vətəndaşları bıçaqlanıb

Tarix: 08-08-2016 09:56     Baxış: 3564 A- / A+
Şəkidə Rusiya vətəndaşları bıçaqlanıb

Şəkidə bıçaqlanma olub. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 7-si saat 22:30 radələrində, 1958-ci il təvəllüdlü Qiyas Qəni oğlu Rüstəmov və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Lyudmila Vasilyevna Sazanova bədənin çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları xəsarəti ilə xəstəxanaya daxil olublar.

Qiyas Rüstəmova sol bazu və sol kürəkaltı nahiyənin, Lyudmula Sazanovaya isə başın ənsə və qarının göbəkaltı nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hər iki şəxsin müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə rayonun Cəfərabad kəndində qeydə alınıb. Hazırda Rusiya dövlətinin Tümen vilayətində qeydiyyatda olan Qiyas Rüstəmov və həyat yoldaşı Lyudmila Sazanova bir neçə gün əvvəl Qiyas Rüstəmovun doğulduğu Cəfərabad kəndinə qonaq gəliblər. Ötən gün axşam saatlarında Qiyas Rüstəmov və Lyudmila Sazanovanın Qiyas Rüstəmovun qardaşı oğlu, 1992-ci il təvəllüdlü Vüsal Rasim oğlu Rüstəmovla aralarında mübahisə düşüb. Mübahisə zamanı Vüsal Rüstəmov doğma əmisi olan Qiyas Rüstəmova bıçaqla, onun həyat yoldaşına isə yaba ilə xəsarət yetirib. Hadisəni törədən Vüsal Rüstəmov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar