Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Arvadını və körpəsini xilas etdi, özü diri-diri yandı - Müəllimin faciəsi

Tarix: 13-11-2017 11:29     Baxış: 4433 A- / A+
Arvadını və körpəsini xilas etdi, özü diri-diri yandı
Noyabrın 11-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 3 otaqlı evdə gecə saatlarında yanğın baş verib.

Manevr.az yenicag.az-a istinadən xəbər verir ki, həmin dəqiqələrdə evdə olan ailə üzvləri tüstünü hiss edərək, yuxudan oyanıbılar. Evin sahibi Əlivəndər Əliyev həyat yoldaşını və 2 azyaşlı uşağını evdən çıxartmağa nail olub. Özü isə tüstüdən huşunu itirərək yıxılıb. Qonşular kömək etmək istəsələr də, güclü alov içəri girməyə imkan verməyib. Yalnız Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadasının hadisəyə müdaxiləsindən sonra alov söndürülüb. Ev sahibinin külə dönmüş cəsədi yığılaraq, doğmalarına təhvil verilib.

Əldə etdiyimiz məlumata görə, ev sahibi 37 yaşlı Əlivəndər Rasim oğlu Əliyev 6 il öncə ailə qurub. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs müəllimi olan Əlivəndəri hamı “Alik” kimi tanıyırmış. Uşaqların sevimlisi olan “Alik” müəllim neçə-neçə gəncə Azərbaycan rəqslərini öyrədən peşəkar xoreoqraf-rəqqas olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar