Xəbər lenti
Mikroavtobus zəncirvari qəzaya düşdü - Ölən və yaralananlar var / FOTO
Astara rayonunda 1 nəfərin ölümü, daha 5 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Manevr.az xəbər verir ki, hadisə Ərcivan qəsəbəsində, yeni istifadəyə verilmiş körpüdə qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik maşınının, Lənkəran-Astara marşrutu ilə hərəkət edən "Ford" sərnişin mikroavtobusunun və yük avtomobilinin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Lənkəran sayon sakini Rzayev Elgün Vaqif oğlu ölüb. Hadisə zamanı daha 5 nəfər - 1961-ci il təvəllüdlü Ərcivan qəsəbəsi sakini Rəhimova Həlimova Fəttah qızı, 1996-cı il təvəllüdlü Astara rayon sakini İsayev Elməddin Rizvan oğlu, 1983-cü il təvəllüdlü Lənkəran rayon sakini Həsənov Azər Qəhrəman oğlu, 1987-ci il təvəllüdlü Astara rayon sakini Hacıyev Səadət Məzahir oğlu xəsarət alıb. Daha bir yaralının şəxsiyyəti dəqiqləşdirilir.
Yaralıların 4-ü Astara Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /"Report"



Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar