Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Rövşən Lənkəranski”yə görə Bakı barında DƏHŞƏT - QƏRAR VERİLDİ

Tarix: 11-11-2017 19:03     Baxış: 4727 A- / A+
“Rövşən Lənkəranski”yə görə Bakı barında DƏHŞƏT


Bakıda gecə klubunda müştərini qətlə yetirməkdə təqsirli bilinən1991-ci il təvəllüdlü Vüsal İbrahimovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.
Publika.az-ın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
İttihama görə, hadisə ötən il Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib.
Vüsal İbrahimov işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini, 1989-cu il təvəllüdlü Nurlan Atakişiyevi bıçaqlayıb. Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.
Hadisənin barda mahnı üstündə baş verdiyi qeyd edilib.
Belə ki, qətlə yetirilən şəxs Nurlan Atakişiyev spirtli içkinin təsiri altında olub və “oğru aləmi”nə məxsus mahnının çalınmasını tələb edib. Müştərinin sifariş verdiyi “oğru aləmi”nə məxsus mahnı “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevə aid olub.
Lakin “DJ” işləyən şəxs bu cür mahnıların çalınmasının bar rərbərliyi tərəfindən qadağan edildiyini deyib.
Bundan sonra Nurlan Atakişiyev barda çalışan Vüsal İbrahimovla mübahisə edib. Mübahisənin sonu qanlı hadisə ilə nəticələnib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxs və vəkili apelyasiya şikayəti verib.
Hakimlər kollegiyasının qərarına əsasən Vüsal İbrahimovun apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar