Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda əcnəbi kişinin başına oyun açan qadınlar tutuldu

Tarix: 10-11-2017 20:24     Baxış: 4536 A- / A+
 Bakıda əcnəbi kişinin başına oyun açan qadınlar tutuldu

Xarici vətəndaşlara qarşı törədilmiş iki cinayətin üstü açılıb.

Manevr.az Lent.az-a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsinə müraciət edən əcnəbi vətəndaş T.İliyana kirayədə yaşadığı mənzildən 50 manatının, fotoaparatının və 2 ədəd mobil telefonunun oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Orucov tutulub.

Digər analoji cinayətin üstü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən açılıb.

Noyabrın 4-də əcnəbi vətəndaş Ə.Alsaidinin rayon ərazisində kirayədə yaşadığı evdən 500 manat, 1000 ABŞ dolları, qol saatı və mobil telefon oğurlanıb. Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva və Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Maya Yaqubova 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.

Hər iki faktla bağlı cinayət işləri başlanılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar