Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Doğuşdan 5 gün sonra öldü - Həkimə töhmət verildi

Tarix: 20-09-2016 11:54     Baxış: 3510 A- / A+
Doğuşdan 5 gün sonra öldü


Azərbaycanda daha bir körpə doğuşdan sonra ölüb.

Məlumata görə, hadisə Şəkidə baş verib. Körpənin anası Nüşabə Muradlı bildirib ki, doğuş sentyabın 9-u Zaqatala Rayonu Mərkəzi Xəstəxanasında keysəriyyə əməliyyatı ilə baş tutub: “Əməliyyat uğurlu oldu. Sonra uşağı mənə göstərmədilər. Səhəri gün qayınanam uşağı sistemə qoşduqlarını görüb. İş günü olmadığı üçün həkimlə telefonla əlaqə saxladıq, bizə zəif olduğuna görə uşağın sistemə qoşulduğunu dedi. Həkim narahatlığa ehtiyacın olmadığını bildirdi. Sonra uşağın sarılığa tutulduğunu dedilər. Ayın 13-ü uşağı təcili yardım maşını ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına apardıq. Gec gətirdiyimizə görə qəbul etmək istəmədilər. Sentyabrın 14-ü Şəki xəstəxanasında uşaq dünyasını dəyişdi. Analiz zamanı uşağın sarılıq xəstəliyindən dünyasını dəyişdiyi məlum oldu”.

Şikayətçi həmçinin bildirib ki, uşağa nəzarət edən Sevinc həkimə Səhiyyə Nazirliyi tərəfindən töhmət verilib: “Zaqatalada həkimlərin şurasında Sevinc doktora töhmət verdilər. Uşağım həkimin səhlənkarlığından öldü. Elə ona töhmət verəndə də vaxtında sarılıq analizi etmədiyini qeyd etdilər".Qafqazinfo.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar