Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Meyvə qabını başına vurdum və..." - Ərini öldürən qadın

Tarix: 08-11-2017 15:42     Baxış: 6307 A- / A+
"Meyvə qabını başına vurdum və..." - Ərini öldürən qadın
Ötən gecə Bakının Sabunçu rayonunda həyat yoldaşı, 29 yaşlı Nazim Vəliyevi öldürən 23 yaşlı Tünzalə Vəliyeva hadisəni özünü müdafiə edərkən törətdiyini deyib.

1 və 2 yaşlı iki körpə anası olan Tünzalə Vəliyeva ərinin onu demək olar ki, hər gün döydüyünü bildirib. Müxtəlif yerlərdə günəmuzd əməklə məşğul olan və evə içkili gələn Nazim Vəliyevin əməllərindən bezdiyini deyən qadın onu öldürməyi planlaşdırmadığını əlavə edib: “Məni hər gün döyürdü, təhqir edirdi. Dünən də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım”.
Tünzalə Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir neçə gün əvvəl bir qolu sınıb və gipsdədir. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.

Qeyd edək ki, fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. İlkin araşdırmalardan sonra cinayətin özünü müdafiə və ya ehtiyatsızlıq əsaslı maddəyə tövsif edilməsi ehtimalı var.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar