Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Moskvada polis azərbaycanlılara məxsus avtosalonlara basqın etdi

Tarix: 07-11-2017 14:02     Baxış: 3511 A- / A+
Moskvada polis azərbaycanlılara məxsus avtosalonlara basqın etdi


Moskvada azərbaycanlılara məxsus avtomobil satışı salonlarına polis basqın edib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin iqtisadi cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə şöbəsinin əməkdaşları “Rosqvardiya”nın əməkdaşlarının dəstəyi ilə paytaxtda yerləşən üç avtosalonda əməliyyat keçiriblər.
Polis tərəfindən saxlanılan avtosalon əməkdaşları dələduzluqda və insanlara 50 milyon rubldan (1,5 milyon manat) çox ziyan vurmaqda şübhəli bilinirlər.
Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk avtosalon əməkdaşlarının avtomobil satışı zamanı dələduzluğa yol verdiklərini, internetdə yeni avtomobillərin ucuz qiymətə satışı ilə bağlı elan yerləşdirdiklərini bildirib: “Onlar müştəri ilə alqı-satqı müqaviləsini bağladıqdan sonra sənədləri saxtalaşdıraraq əvvəlcədən qeyd olunan qiyməti daha yüksək göstəriblər. Sonra isə müştərilərə saxtalaşdırılan sənəddə qeyd olunan qiyməti ödəməyi, ya da işlənmiş avtomobil götürməyi təklif ediblər. Belə olan halda müştərilər nəqliyyat vasitəsini əlverişsiz şərtlərlə əlavə 250 min rubl ödəməklə, baha qiymətə almağa məcbur olublar. Vətəndaşlara dəyən zərərin ümumi məbləği 50 milyon rubldan çoxdur”.
Rusiya DİN nümayəndəsi avtosalonlarda keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin sayını açıqlamayıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Saxlanılanlar barəsində məhkəmə artıq həbs-qətimkan tədbiri seçib.
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, Rusiya DİN-in əməliyyat keçirdiyi avtosalonların üçü də azərbaycanlılara məxsusdur. Saxlanılanlar arasında azərbaycanlılar da var. Məlumata görə, saxlanılanların əksəriyyəti avtosalon əməkdaşlarıdır. Avtosalonun sahibləri isə qaçaraq gizləniblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar